Fəratın şərqini PKK/YPG-dən təmizləmək üçün düyməyə basılıb

Baxış sayı:
8080

Türkiyə, Fəratın şərqini PKK-lı terrorçulardan təmizləmək üçün düyməyə basıb. Beş gün ərzində 2 dəfə, Ayın əl Ərəb(Kobani) bölgəsindəki PKK hədəflərini atəş altına alınıb. Terror mövqeləri yerlə bir edilib.
 
TSQ ikinci dəfə sərhəd xəttindən, Fəratın şərqindəki Eyn əl Ərəb (Kobani) bölgəsində yerləşən PYD/PKK mövqelərini mərmi batareyaları ilə atəş altına alıb. Top atəşi ilə vurulan mövqelərdəki PYD/PKK-lı 14 terrorçu zərərsizləşdirilib, 6 terrorçu yaralanıb. TSQ, Fəratın şərq sahilində yerləşən mövqeləri hədəf alaraq, terrorçulara ağır bir zərbə vurub. Türkiyənin qırmızı xətti olan Fəratın qərbinə keçilmədiyi və müvafiq bölgələrin tərk edilmədiyi təqdirdə, geniş bir əməliyyatın başlamasını da an məsələsi kimi qiymətləndirir.
Müxalifət.az