Fəratın Şərqi: Yeni əməliyyat, fərqli konsepsiya

Baxış sayı:
5227

Türkiyənin Suriyanın şimalına keçirməyi planlaşdırdığı hərbi əməliyyatda hazırlıqlar tamamlanıb. Sərhəd bölgəsinə toplanan Türk əsgəri Ankaradan gələcək hərəkat əmrini gözləyir.
 
“Şərqi Fərat” əməliyyatını dəyərləndirən təhlükəsizlik mütəxəssisi Abdulla Ağar əhəmiyyətli məlumatlar bölüşüb.
Ağar regionda daha əvvəl yer alan ABŞ bayraqlarının artıq caydırıcı olmadığına diqqət çəkib.
 
SURİYA PEŞMƏRGƏLƏRİNİN VƏZİYYƏTİ
 
Abdullah Ağar regionda Suriya peşmərgələrinin varlığına diqqət çəkərək, "Suriya peşmərgələrini ABŞ tərəfindən Türkiyənin mümkün hərəkatını əngəlləmək üçün istifadə edilmək istədiyinə dair bir mənzərə var" deyib.
Peşmərgələrin ABŞ və SDG adını istifadə edən YPG/PKK-nın məlumatı daxilində sərhədi keçdiyin" deyən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Vaşinqton mərkəzli Atlantika Şurasındakı çıxışına diqqət çəkən Ağar, “YPG/PKK-lıların da Suriya peşmərgələrinin Suriyaya gəlməsinə əngəl olmağa çalışdığı görünür" deyib.
 
ZAMAN QAZANMAĞA ÇALIŞIRLAR
 
“Habertürk”-ün yazarı Çetinər Çətin də Suriya peşmərgələrinin bölgədəki varlığı ilə bağlı olaraq, "Türkiyə başını qataraq 3-4 ay zaman qazanmağa çalışacaqlar. 3-4 aylıq zaman ərzində Suriyada konstitusiya hazırlıq prosesi var. Suriyanın şimalında 7 ayrı kantondan ibarət olan Eyn İsa mərkəzli federal bölgə yaradılması məsələsi var. Bu vaxt qazanmağa yönəlmiş layihəyə çevrilərsə, Türkiyə gec qala bilər. Belə bir zaman kəsiyini yaxşı qiymətləndirən Rusiya da dəstək verə bilər. PKK-nın əsas strukturu yaradacaq qurumu çətinlik yaradacaqdır" deyib.
 
YENİ ƏMƏLİYYAT FƏRQLİ KONSEPSİYA
 
“Şərqi Fərat” əməliyyatı ilə bölgədəki quruluşun necə formalaşacağı haqqında danışan Ağar, "Fəratın şərqindəki quruluşun gələcəkdə necə formalaşacağına dair formula ehtiyac var. YPG/PKK-ya dair Türkiyənin həssaslığı var. Burada yerli hakimiyyət ünsürləri ilə əlaqə Suriyaya da təsir edəcək. Burada məsələ PYD-nin silahlı varlığı deyil, istiqamətləndirilməsi, idarə edilməsilə bağlı problem var" deyə söyləyib.
“Yeni əməliyyat sahəsi çox fərqli bir konsepsiya olacaq" deyən Çetinər Çətin də, "Zeytun Budağı və Afrindən fərqli olacaq. Meydançada Kürdlər var, Sünni Ərəblər var. Bu barədə Türkiyənin çox dəqiq layihlər hazırlaması lazımdır" deyə bildirib.
 
ABD KOORDİNATLARI BÖLÜŞDÜ
 
ABŞ-ın bölgədəki varlıqlarının koordinatlarını dünən axşam Türkiyə ilə bölüşdüyü məlumatını verən Çetinər Çətin bunları deyib:
“Sincarın vurulması vacib idi. Sincar ikinci bir Qəndil oldu, amma Sincar Suriyanın şimalındakı lojistik xəttin koordinasiya mərkəzidir. Sincar təşkilat üçün əhəmiyyətli bir nöqtədir. ABŞ dünən axşam etibarilə Suriyanın şimalındakı varlıqlarının yer aldığı bütün nöqtələrin tam bir koordinatını TSQ-ya və Türkiyəyə bildirib. ABŞ-ın bu əməliyyata nə qədər ciddi yanaşdığını görürük".
 
İKİ KRİTİK NÖQTƏ
 
“Şərqi Fərat” əməliyyatında Tel Abyad və Kobani regionlarının əhəmiyyətinə diqqət çəkən Çetinər Çətin, "Tel Abyad bölgəsi Ərəb əhalisinin 70 faiz təşkil etdiyi bir yerdir. Psixoloji olaraq PKK/PYD-nin əlində olan torpaqları iki yerə bölürsünüz. Buranın PKK/PYD-nin əlindən çıxdığı təqdirdə Suriyadakı vəziyyəti 2013-cü il mövqeyinə qayıdacaq. Kobani bölgəsi də psixoloji olaraq mühümdür. Qərbin əliylə Kobani PKK əlində dastana çevrilməyə çalıılşdı. Bu məqam da nəzarət altına alındıqdan sonra PKK-nın Suriya macərası geri çəkiləcəkdir" deyib.
 
TÜRK VƏ ABŞ ƏSGƏRLƏRİ QARŞI-QARŞIYA GƏLİRMİ?
 
Keçiriləcək əməliyyatda Türk və ABŞ əsgərlərinin qarşı-qarşıya gəlmə ehtimalına dair olaraq Abdulla Ağar, "Meydançada iki tərəf də istəməzsə, Türkiyə və ABŞ əsgərləri üz-üzə gəlməz. ABŞ tərəfindən himayə edilən YPG/PKK mənzərəsi bu hərəkatla dəyişə bilər. Əgər dəyişməzsə, burada qarnizon dövlət qurulmuş olar" deyib.
Müxalifət.az