​Fransızlar ayağa qalxdı: RUSİYA DƏRHAL QAYTARSIN

Baxış sayı:
2262

400 min Fransa vətəndaşı Rusiya Borclarının Sahibləri Beynəlxalq Federativ Assosiasiyasına müraciət edərək, Rusiyanın çarlıq dövründə Fransadan aldığı borcları qaytarmasını tələb ediblər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Radio Frans” yayıb.
Vətəndaşlar Rusiyanın Fransaya 53 milyard avro borcu olduğunu bildiriblər. Bu borcun XIX əsrin ikinci yarısında Rusiya dəmiryolları şirkətlərinə yatırılan 15 milyard franklıq investisiya nəticəsində yarandığı vurğulanıb.
Qeyd edək ki, Moskva 1997-ci ildə Parislə müqavilə imzalayaraq, çar dövründən qalan borcları ödəyib. Bu müqavilə ilə Rusiya Fransaya 330 milyon avro verib.