Fransız nazir həddini aşdı: Müsəlmanlara yeni bir qadağa

Baxış sayı:
4354

Fransanın daxili işlər naziri Kristof Castaner, ölkədə baş örtüyü hicab polemikasının fitilini yenidən alovlandıraraq Müsəlmanların təkisinə səbəb olub. Kiçik qızların zorla hicab taxdığını irəli sürən Castaner, Fransada yeni bir qadağanın siqnalını verib.
 
Castaner açıqlamasında "Kiçik bir qızın hicab taxmasının öz qərarı olmadığına inanıram. Din hər kəsin azad iradəsi ilə yaşanmalıdır. Daxili işlər naziri olaraq mənim məsuliyyətim dini seçim azadlığını təmin etməkdir" deyib.
 
CƏZA İSTƏDİ
 
Açıqlamadan sonra sosial mediada böyük təpki görən Castaner, fikirlərini təkrar açıqlamaq məcburiyyətində qalıb. Burka-nın qadağan olunduğunu və 2 min qadının bu qanunu pozaraq cəza aldığını xatırladıb. Castaner, 18 yaşdan kiçik qızların və bəzi qadınların ailə və ətraf mühitin təzyiqi altında hicab taxdıqlarını iddia edərək bu kimi hallarda cəzanın tətbiq olmasının lazım olduğunu deyib.
Müxalifət.az