​Fransız hərbçiləri bölgəyə yerləşdilər - DƏRHAL HÜCUMLAR BAŞLANDI

Baxış sayı:
4945

Muxalifət.az xəbər verir ki, Suriyada PKK-nın ikinci hamisi olmaq istəyən Fransa 60 nəfərlik ilk hərbi dəstəsini Ayn İsa bölgəsinə yerləşdirib. PKK terror təşkilatına məxsus qərargah və avtomobillərə Fransa bayraqları asılıb. Ayn İsada Suriyanın qanuni dövlətindən qalmış 93-cü briqada ərazisinə yerləşən fransız hərbçiləri terrorçularla birlikdə əraziyə nəzarət eləmək üçün gün ərzində bir neçə dəfə ətrafı gəziblər.
 
Sərhəd kəndində təhrik
 
TSQ-ASO ittifaqı ilə PKK arasında aralıq ərazi olan Şuyuh kəndinə fransızların gəlməsi ilə PKK özbaşınalıq etməyə başlayıb. Gün ərzində bəzi dinc vətəndaşların keçidinə müdaxilə edən terrorçular işğal altında saxladıqları dinc vətəndaşları onlardan canlı qalxan olaraq istifadə eləməklə təhdid edib. Ərbil tərəfdən Menbiç, Ayn İsa xəttinə sövq edilən fransız hərbçiləri arasında istismar edilən ölkələrdən gətirilən muzdluların da olduğu bəlli olub.
 
“Fransadan gələn İŞİD üzvlərini öldürün”
 
PKK-nı dəstəklədiyini açıqca bəyan edən Fransa ötən günlərdə PKK rəhbərliyinə verdiyi təlimatda bilridib: “Fransadan gələn İŞİD üzvlərini öldürün. Geri qayıtmalarına icazə verməyin”. NATO ölkələrinin hamısının PKK-ya eyni tapşırığı verdiyi bildirilir. Görünür, PKK-nın Suriyaya yerləşməsinə imkan yaratdıqdan sonra İŞİD-in missiyası artıq bitmiş hesab edilir./Hurriyyet.org