Fransanın raket yalanı çuvala sığmadı

Baxış sayı:
7210

Liviyada Hafter terror təşkilatına gizli hərbi dəstək verən Fransa, Giryanda ələ keçən silahlarla çətin vəziyyətdə qaldı. BMT-nin silah embarqosunu pozmaqla günahlandırılan Parisin "Javelin raketləri bizə aiddir, amma kimsəyə vermədik" müdafiə olunmasına kimsə inanmadı. Bundan başqa, Fransa prezidenti Makron may ayında general Hafteri sarayında qəbul etmişdi. O ərəfədə Liviya-Tunis sərhədində də 13 Fransız tutulmuşdu.
 
Liviyanın strateji Giryan şəhərində Hafter terror təşkilatından ələ keçirilən ABŞ istehsalı Javelin anti-tank raket sistemlərinin Fransaya aid olduğunun ortaya çıxması Parisin bölgədəki fəaliyyətləri ilə bağlı sual işarələrini artırdı. Fransada Emmanuel Makron rəhbərliyinin iqtidara gəlməsi ilə Şimali Afrika və Sahel bölgəsində müdaxilə və yeni müstəmləkə siyasəti dövrəyə girdi. Paris rəhbərliyinin Liviya və Mali üzərindən icra etdiyi əməliyyatlar ilə bölgədəki təsirini artırmağa çalışdığı və bu çərçivədə çevrilişçi general Xəlifə Hafter terror təşkilatına da siyasi, hərbi dəstəyini artırdığı ifadə edilir. Hafter terror təşkilatının beynəlxalq legitimliyə sahib Milli Razılaşma Hökumətinin (UMH) rəhbərlik mərkəzi və ölkənin paytaxtı Tripoliyə qarşı başlatdığı hücuma ilk dəstək verən ölkələrdən biri də Fransa olmuşdu. Hətta Fransanın Liviyadakı varlığı cənub qonşusu İtaliya ilə üz-üzə gəlməsinə də səbəb olmuşdu.
 
FRANSADAN GÜLÜNC MÜDAFİƏ
 
Hər nə qədər Fransız rəhbərliyi Liviyada heç bir tərəfi müdafiə etmədiyini iddia etsə də, UMH qüvvələrinin strateji Giryan şəhərindən Hafter təşkilatından ələ keçirdiyi Javelin anti-tank raket sistemləri mizrağın artıq çuvala sığmadığını göstərdi. Javelinlerin Fransız ordusuna aid olduğunun Paris tərəfindən qəbul edilməsi Liviyada BƏƏ, Fransa və Hafter arasındakı əlaqəni su yüzünə çıxardı. Fransa Müdafiə Nazirliyi tərəfindən ABŞ-dan satın alındığı ifadə edilən raketlərin terrorla mübarizədə istifadə edilməsinin hədəfləndiyi, bu raketlərin Liviyada hər hansı birinə verilmədiyi və məhv edilmək üzrə müvəqqəti saxlandığına dair gülünc bir özünü müdafiə iddiası ortaya qoyulmuşdu.
Müxalifət.az