Fransadan Trampa çox sərt xəbərdarlıq!

Baxış sayı:
5860

Fransada baş verən “Sarı jiletlilər” aksiyaları ilə əlaqədar açıqlamalar edən ABŞ prezidenti Donald Trampa Fransanın xarici işlər naziri Jean-Yves Le Driandan çox sərt xəbərdarlıq gəlib.
 
Fransada baş verən zorakı aksiyalar səbəbiylə İqlim Müqaviləsinin uğursuz olacağına işarə edən ABŞ prezidenti Donald Trampa Fransadan xəbərdarlıq gəlib. Fransız XİN rəhbəri Jean-Yves Le Drian Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.
Qeyd edək ki, Fransada baş verən “Sarı jiletlilər” aksiyaları səbəbiylə İqlim Müqaviləsinin uğursuz olacağına işarə edən ABŞ prezidenti Donald Tramp Fransa xalqı üçün eyhamlı tweet atmışdı.
 
“Biz ABŞ mübahisələrində tərəf tutmuruq”
 
Fransadan Trampa cavab gecikməyib. Fransanın xarici İilər naziri Le Drian Trampı Fransanın daxili işlərinə qarışmamağa dəvət edərək, "Mən və Fransa prezidenti Trampa bunu deyirik: “Biz ABŞ-ın mübahisələrində tərəf tutmuruq, qoy biz də öz milli həyatımızı yaşayaq".
 
"Trampı istəyirik”
 
ABŞ prezidenti Tramp sosial paylaşma saytı Twitter üzərindən Fransada baş verən “SarıjJiletlilər” aksiyası haqqında "Paris Müqaviləsi Paris üçün o qədər də işə yaramır. Etirazlar və üsyanlar Fransanı bürüyüb. Xalq ətraf mühiti qorumaq məqsədi ilə üçüncü dünya ölkələri üçün böyük miqdarda pul ödəmək istəmir. "Trampı istəyirik, deyə şüarlar səsləndirilir. Fransanı sevirəm" deyə tweet atmışdı.
Müxalifət.az