Fransadan növbəti etiraf: HƏDƏFİMİZ ƏSƏD DEYİL

Baxış sayı:
6364

Fransanın baş naziri Edouard Filip, Fransanın hərbi əməliyyat keçirərək Suriyaya və ya Bəşşar Əsədə müharibə elan etmədiyini, ölkəsinin düşməninin Suriya deyil, İŞİD olduğunu deyib. Fransız deputatlar isə əməliyyata narahatlıqla baxdıqlarını açıqlayıblar.
 
Baş nazir Filip, Fransa parlamentindəki xüsusi iclasda Suriyaya qarşı keçirilən hərbi əməliyyat barədə millət vəkillərini məlumatlandırıb.
 
“BİZİM DÜŞMƏNİMİZ ƏSƏD DEYİL, İŞİD-dır! ƏSƏDLƏ MÜHARİBƏ ETMİRİK”
 
Suriyada kimyəvi silah istifadəsinin cəzasız qaldığı müddətcə siyasi bir çözüm olmayacağını qeyd edən Filip, “Bizim düşmənimiz Suriya deyil, biz Suriya və ya Bəşşar Əsədlə müharibə etmirik. Bizim düşmənimiz İŞİD-dır" deyib.
 
REJİMİ YIXMAQ KİMİ BİR NİYYƏTİMİZ YOXDUR
 
Ölkəsinin təhlükəsizliyi üçün də hərbi əməliyyata qərar verildiyini bildirən Edouard Filip, Suriya əməliyyatı ilə 2003-cü ildə ABŞ-ın İraqa başladığı hərbi əməliyyat arasında oxşarlıq olduğu iddialarına dair isə, “Suriya rejimini yıxmaq kimi bir niyyətin olmadığını" qeyd edib.
 
FRANSIZ VƏKİLLƏR ƏMƏLİYYATDAN NARAHATDIR
 
Baş nazir Filip, açıqlamalarından sonra söz alan bəzi millət vəkilləri isə əməliyyatla bağlı narahatlıqlarını bildiriblər. Bəzi vəkillər, Türkiyə və Rusiya ilə yenidən etimad əlaqəsi yaradılması lazım olduğunu ifadə ediblər.
 
YAKOB: BU ƏMƏLİYYATIN XEYRİ NƏ OLDU?
 
Mərkəz sağ Respublikaçılar (LR) məclis qrup başçısı Kristian Yakob da regionda Rusiya olmadan heç bir addımın atılmayacağını, Fransa, Böyük Britaniya və ABŞ-ın əməliyyatının nəyə yaradığının mübahisəli olduğunu qeyd edib.
 
REİSTER: TÜRKİYƏ VƏ RUSİYA İLƏ YENİDƏN ETİMAD İNŞA ETMƏLİYİK
 
Müstəqillər və Demokratlar Birliyi (UDİ) adından söz alan Franck Riester, Fransanın Türkiyə və Rusiya ilə yenidən etimad yaradılmasının və bu ölkələr ilə yeni bir münasibətin başlanmasının lazım olduğunu bildirib".
 
MELENCHON: ƏN TƏHLÜKƏLİ ARI YUVASINA ÇOMAQ SOXDUQ
 
“Biz bu əməliyyat ilə orbitinin ən təhlükəli arı yuvasına çomaq soxduq. AB içində müttəfiqimiz olmadan tək başımıza bu əməliyyata başladıq" deyərək Makronun səhv etdiyini qeyd edən Boyun Əyməyən Fransa (LFI) təşkilatının başçısı Jan Lük Melenchon da ölkəsinin siyasi bir hədəfi və BMT-nin icazəsi olmadan bir əməliyyata başladığını dilə gətirib.
Fransa Kommunist Partiyasının (PCF) deputat Jan-Pol Lecoq da Suriyada sülhün açarının Rusiyanın əlində olduğunu qeyd edərək, "Bunu inkar etmək, dözülməz bir sadəlövhlüyün təsdiqidir" deyə, bildirib.
Qeyd edək ki, Fransa Konstitusiyasına əsasən, ölkə xaricində bir hərbi əməliyyat keçirəndə 3 gün ərzində hökumətin Məclisə məlumat verməsi lazımdır.
Müxalifət.az