​Fransadan İrandakı hadisələrə reaksiya: Narahatıq...

Baxış sayı:
2271

Fransa İrandakı nümayişləri yaxından izləyir və bildirir ki, azad şəkildə nümayiş keçirmək mühüm insan haqlarından biridir.
Muxalifet.az xəbər verir ki, bu sözlər Fransa Xarici İşlər Nazirliyinin İranda baş verən etirazlarla bağlı açıqlamasındandır.
“Fransa olaylar zamanı həbs edilmiş və zərər çəkmiş insanların taleyinə görə narahatdır”, - açıqlamada bildirilib.
Xatırladaq ki, İranda davam edən etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir.