​Fransadan İrana inanılmaz ittiham...

Baxış sayı:
2437

Parisdə planlaşdırılan teraktın arxasında birbaşa İran dayanır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransanın adı açıqlanmayan diplomatı “Röyter”ə açıqlamasında deyib.
Qeyd edək ki, iyunda sözügedən terror aktının həyata keçirilməsi nəzərdə tutulsa da, Fransa hüquq-mühafizə orqanları tərəfindən bu hücumun qarşısı alınmışdı.
Bundan əlavə, son günlər Fransada şiələrə qarşı antiterror əməliyyatlarının aparılması diqqətçəkən məqamlardan biridir.