Fransadan ayrılmaq üçün referendum keçirdilər – NƏTİCƏ BƏLLİ OLDU

Baxış sayı:
4201

Yeni Kaledoniya xalqı Fransadan ayrılıb müstəqil olmaq üçün referendum keçirib. Böyük Okeanın cənub-şərqindəki Yeni Kaledoniyada təxminən 174,000 seçici Fransadan ayrılmaq və ya Fransanın bir hissəsi olmaqla bağlı referendumda səs vermişdir.
 
“Reuters”-in Yeni Kaledoniya mətbuatına istinadən verdiyi məlumata görə, verilən səslərin 2/3-i sayılıb. Ümumi seçicilərin 80 faizinin iştirak etdiyi referendumda, xalqın 60 faizi müstəqillik referendumuna "yox" deyə səs veriblər.
Referendumda Fransadan ayrılmaq istəyən ölkənin yerli xalqı Kanaklar və müstəqillik qrupları  xüsusi aktivlik göstəriblər.
Qeyd edək ki, Yeni Kaledoniya əhalisi, təxminən 300 min nəfərdir və ərazisi isə 18576 kvadrat kilometrdir. Yerli xalq olan Kanaklar əhalinin 44 faizini təşkil edir. Rəsmi dil Fransız dilidir və paytaxt isə Noumea-dır.
Müxalifət.az