Fransadakı “Sarı Jiletlər” aksiyası Belçikaya sıçradı

Baxış sayı:
4726

Fransada başlayan “sarı jiletlər” aksiyası Brüsseldə həyatı iflic edib. Brüsseldə “Madou” meydanını mühasirəyə alan və polis maşınlarını yandıran aktivistləri hüquq-mühafizə qüvvələri zirehli maşınlar və göz yaşardıcı qazlarla dağıtmağa çalışıb.
 
Sosial mediadan edilən çağırışlardan sonra Brüsselin müxtəlif nöqtələrində günorta saatlarında başlayan etirazlar, Avropa İttifaqı Komissiyası və Aİ Şurasının binası önünə də sıçrayıb.
 Yanacağın qiymətinin artması ilə və hökumətin iqtisadi siyasətinə etiraz edən nümayişçilər, şəhər mərkəzində 1-i polis avtomobili olmaqla, 2 avtomobili yandırıb.
Polis təzyiqli su və göz yaşardıcı qazla müdaxilə etdiyi çox sayda nümayişçi, hökumət əleyhinə müxtəlif şüarlar səsləndirərək ətraf küçələrə dağılıb.
Məşəllər yandıran və səs bombaları atan "sarı jiletlilər", ətrafdakı lövhələri da devirib.
Etiraz səbəbilə ictimai nəqliyyat və magistral yollardakı nəqliyyat axınında axsamalar baş verib.
Bölgəyə atlı polislərin gəldiyi, polis vertolyotunun də bölgə üzərində uçduğu görülüb.


 
GİZLƏNMƏK ÜÇÜN "SARI JİLETLƏRİ" ÇIXARIRLAR
 
Bəzi nümayişçilərin, polisin diqqətini çəkməmək üçün zaman zaman sarı jileti çıxararaq gizləndikləri müşahidə olunub.
Qeyd edək ki, Fransada "sarı jiletlər" adı altında təşkilatlanan nümayişçilər, son bir ildə yanacaqların qiymətlərinin 20 faizdən çox artmasına görə bir müddətdir ki, ölkə daxilində mitinq keçirir.
“Sarı jiletlilər” daha əvvəl Belçikanın fransızca danışan Valon bölgəsində də etirazlar keçirib, siyasi bir prosesə keçəcəklərini açıqlayıblar.
Bu gün isə ilk dəfə “sarı jiletlilər” aksiyası Brüsselə sıçramış olub.
Müxalifət.az