​Fransada ƏMƏLİYYAT: Azərbaycanlıların da yer aldığı qruplaşmaya qarşı - VİDEO

Baxış sayı:
5998

Fransada xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin yer aldığı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.
Gürcüstan KİV-i xəbər verir ki, VORS 69-01 adı verilmiş xüsusi əməliyyat Lion şəhərində keçirilib.
Saxlanılan 22 nəfərdən 10 nəfər Gürcüstan vətəndaşıdır. Onların arasında iki “qanuni oğru” var.
Əməliyyata Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dək əməkdaşı cəlb olunmub.
Bildirilir ki, Fransa və Belçika ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvləri əsasən mənzilləri qarət ediblər, avtomobilləri oğurlayıblar, habelə saxta sənədlərin hazırlanması və qeyri-qanuni narkotik satışı ilə məşğul olublar.