​Fransada beynəlxalq ticarət mərkəzi morqa çevrildi - Morq xidməti kəskin bahalaşdı: YAXININI 1 SAAT GÖRMƏK ÜÇÜN...

Baxış sayı:
2761

Fransanın ən böyük topdansatış və  beyəlxalq ticarət mərkəzi olan Paris Ryuncis yeni tipli koronavirus epidemiyasının vüsət alması səbəbindən morqa çevrilib. Ölənlərin yaxınlarından tələb edilən morq xərcləri ailələrin kütləvi narazılığına səbəb olub.
Fransada yeni tipli koronavirus (Kovid-19) pandemiyası səbəbindən ölənlərin sayının artmasından sonra Paris valiliyi Avropanın ən böyük topdansatış mərkəzinin ərazisinin morqa çevrilməsini qərara alıb.
Morq xidmətinin qiymətinin çox baha olması insanlarda narazılıq doğurub. Cənazənin bir həftə saxlanılması üçün 159 avro, sonrakı əlavə hər bir gün üçün 35 avro qiymət oxunur. Doğmaların və yaxınların öz əzizlərinin cənazəsini 1 saat görməsi üçün 55 avro tələb olunur. Xalq və siyasətçilər bu morq tariflərini kəskin tənqid ediblər.
Koronavirusdan ölənlərin sayının çox olması  səbəbindən cənazə işlərinin 10 gündən 21 günə qədər uzadıla biləcəyi bildirilir. Cənazənin dəfni və yaxud yandırılmasından əvvəl ölən yaxını ilə bir saatlıq vidalaşmaq üçün əlavə olaraq 55 avro “görüş haqqı” istənilir.
Fransanın solçu “Əyilməz Fransa” partiyasının lideri, Avropa Parlamnetinin deputatı Jan-Lyuk Melanşon “Tvitter” şəbəkəsindəki açıqlamasında deyib: “Bu günün yeni dünyası bu deməkdir. Bir dostumuzun əlini tutmadan təklikdə ölürük və cənazəni buzxanadan götürmək üçün ailələr pul ödəyirlər. Bəsdir, vücudumuzu evdə bağlı saxlaya bilərsiniz, lakin insanlığımızı yox!”
Hurriyyet.org