“Fransa Türkiyənin təhlükəsizliyinə bağlıdır” - Makron

Baxış sayı:
13081

 Fransa prezidenti Emmanuel Makronun Suriyada SDG adını daşıyan terror təşkilatı YPG/PKK-dan bir nümayəndə heyəti ilə keçirdiyi görüşdə, Türkiyənin təhlükəsizliyinə və Suriya-Türkiyə sərhədindəki gərginliyin azalmasına bağlılığını xatırlatdığı bildirilib.
 
Yelisey Sarayından edilən yazılı açıqlamaya əsasən, Makron YPG/PKK-dan bir nümayəndə heyətini qəbul edib.
Makron görüşdə, ölkəsinin Suriyanın şimal-şərqində sabitliyə önəm verdiyini vurğulayıb.
Suriyadakı dinc əhalinin humanitar ehtiyaclarını qarşılamaq və sosial-iqtisadi sabitliyi təmin etmək üçün maliyyə dəstək təmin olunacağını bildirən Makron, həmçinin Suriya xalqının bütün etnik qruplarının da içində olduğu və gərginliyi azaldacaq bir hakimiyyətin zəruriliyini vurğulayıb.
Prezident Makron görüşdə, Fransanın Türkiyənin təhlükəsizliyinə və Suriya-Türkiyə sərhədindəki gərginliyin azalmasına bağlılığını da xatırladıb.
Müxalifət.az