Fransa şəhərində daha bir silahlı insident: 2 ÖLÜ

Baxış sayı:
670

Fransanın Marsel şəhərində silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.
İnsident gecə saatlarında qeydə alınıb. 30 yaşlarında olan 2 nəfər “Kalaşnikov” avtomatında açılan atəş nəticəsində ölüb.
Polis hazırda hadisənin baş vermə səbəbini araşdırır.
Qeyd edək ki, mayın 21-də Marselin başqa bir rayonunda naməlum şəxslər avtomobildə hərəkət edərək avtomatdan atəş açmışdılar. O zaman bir nəfər güllə yarası almışdı.