Fransa əsgərləri də Suriyadan çəkilir: PKK\YPG təklənir

Baxış sayı:
2134

Fransanın Moskvadakı səfiri Silviya Bermann Fransız əsgərlərin Suriyadan çıxarılması məsələsinin hazırda müzakirə olunduğunu söyləyib.
 
ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra YPG/PKK özlərinə yeni bir qoruma qalxanı aramağa başlamışdı. ABŞ-dan sonra Fransadan axtardığı dəstəyi tapan YPG, gəlinən son məqamda yenidən sahibsiz qalmaq üzrədir.
 
ABŞ İLƏ MÜZAKİRƏ EDİRİK
 
 Sputnikə açıqlama verən səfir Bermann Fransanın Suriyadan çəkilib çəkilməyəcəyi sualına, “Bu məsələ hazırda müzakirə edilir" cavabını verib.
ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı qarşısında təəccübləndiklərini bildirən Bermann, "O tarixdən bu yana ABŞ rəhbərliyi ilə daim əlaqədəyik, çünki Fransanın koalisiya çərçivəsində müəyyən məsuliyyətləri var. Bunun mərhələli, planlı bir çəkiliş olması, az da olsun rahatlatıcıdır" deyib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl İŞİD-la mübarizənin sona çatmadığını, buna görə də hərbçilərin 2019-cu ildə də Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə davam edəcəyini açıqlamışdı.
Müxalifət.az