Fransa prezidenti Makrona sui-qəsd cəhdi!

Baxış sayı:
6277

Fransız mediasının təhlükəsizlik mənbələrinə əsaslandırdığı son dəqiqə xəbərinə görə, Fransa prezidenti Emmanuel Makrona sui-qəsd planlaşdırdıqları səbəbilə ifrat sağçı 6 nəfər yaxalanıb.
 
İstintaqa yaxın bir mənbə, sözügedən 6 nəfərin Makrona qarşı "zorakılıq aktı" planı hazırladığı və bu səbəblə də nəzarətə alındığını deyib.
Həbsə atılanların ifrat sağçı olduğu bildirilib.
Fransız mətbuatı bu adamların Isere, Ille et Vilaine və Moselle şəhərlərində yaxalandığını bildirib.
 İyul ayındakı Bastiliya Günündə Makrona hücum etməyi planlaşdıran 23 yaşlı bir şəxsin tutulmasından sonra dərinləşən sorğu prosesindən sonra digər şəxslərin yaxalandığı bildirilib. Fransız xəbər agentliyi AFP-ə məlumat verən  mənbələr, ifrat sağçı olduğu təsbit edilən bu şəxs polislərə, "Müsəlmanlara, Yəhudilərə, zəncilər və homoseksuallara hücum etmək istəyirəm" dediyini bildirib.
Müxalifət.az