Fransa etirazlarının arxasında dayanan isim – ALDADICI MANEVR

Baxış sayı:
6787

İctimaiyyətinin gözünü pərdələmək üçün Ağ Evdəki vəzifəsini tərk edən Stiv Bannon, ABŞ prezidenti Donald Trampın göstərişilə onun hədəflərini həyata keçirmək üçün Aİ ölkələrini gəzməyə və təşkilatlandırma işlərinə başlayıb. Fransadakı xaosun da Bannon-un əli ilə həyata keçirildiyinə diqqət çəkilir.
 
Trampın baş stratejisti Stiv Bannon şəxsən ABŞ prezidenti tərəfindən Avropanı dağıtmaq tapşırığı alıb. Aİ ölkələrini bir-bir gəzən Bannon Fransa prezidenti Emmanuel Makronun AB Ordusu çağırışından sonra çirkli oyunu işə salıb. ABŞ-ın dəstəyi ilə küçələrə tökülən Avropalılar bu oyundan xəbərsiz olan insanların da dəstəyini alaraq aksiyaları böyüdüb.
Məsələni bugünkü köşəsinə daşıyan “Habertürk”-ün müəllifi Sərdar Turqut, aksiyaların tamamilə Bannon tərəfindən təşkil olunmadığını, ancaq etirazın dinc üsyana çevrilən etiraz aksiyalarında sözügedən şəxsin də əlinin olduğunu deyib.
Bannonın ilk hədəfinin Brüssel olduğunu qeyd edən Turqut, sözügedən şəhərdə yaxşı münasibətlərin qurulduğu təqdirdə digər Avropa ölkələrindəki təşkilatlanmanın yollarını açmağı hədəf seçdiyini qeyd edib.
 
Paris hadisələrindən əvvəl strateji toplantı
 
"Parisdəki hadisələr partlayışdan əvvəl Bannon ilə Madrikamenin noyabr ayı ərzində Brüsseldə strateji plan görüşməsinin olduğu da bilinir" deyən Turqut, bunları yazıb:
"Bannon Trampdan aldığı tapşırıqla Avropadakı mövcud nizami çökdürmək məqsədi üçün populist partiyaları koordinasiya etməyə başlamışdı. Bir tək Avstriyanın “Freedom” Partiyasının Bannon ilə münasibəti rədd etdiyi və onun müstəqil hərəkət etməkdə israrlı olduğu bilinir.
 
Mitinqlər dinc məqsədli deyil
 
Fransa prezidenti Makron lazım gələrsə, ABŞ-a da qarşı duracaq bir Avropa ordusuna ehtiyac olduğunu dedikdən sonra Parisdəki aksiyaların başlaması bir o qədər də bildirildiyi kimi, məsum və dinc məqsədli etiraz aksiyası deyil.
 
"Go home Mister. Bannon"
 
Fransadakı bütün etirazları Bannon-un təşkil etdiyini demirəm, amma onun da əli bir baxımdan Fransadadır. Avropa Birliyi Parlamentinin sədri məhz buna görə “Go home Mister. Bannon”(get evinə cənab Bannon) deyə söuləmək ehtiyacını duydu".
Müxalifət.az