Fransa Elşad Abdullayevin sığınacaq müddətini uzatmadı - SƏBƏB...

Fransa hökuməti bu ölkədə mühacir həyatı yaşayan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib.
 
Bu haqda məlumatı Hollandiyada mühacirətdə olan “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, Fransa hökuməti Elşad Abdullayevə verdiyi 1 illik sığınacaq müddətini uzatmayıb. F.Hüseynlinin sözlərinə görə, E.Abdullayev vəziyyətdən çıxmaq üçün əvvəlcə psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib, lakin buna inanmayıblar.
“Ona görə də indi bir sayt açıb və jurnalist kimi özünü fransızlara təqdim edib status almaq istəyir”,-deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqda ittiham edib.
E.Abdullayev hələ ki məsələyə münasibət bildirməyib../modern.az