Fransa Anadolu Agentliyinə ETİRAZ ETDİ

Baxış sayı:
3736

Suriyadakı Fransız əsgərlərinin yerini xəbər verən Anadolu Agentliyinə Parisdən etiraz gəlib. Fransa prezidenti Emmanuel Makronun seçki üzrə məsləhətçisi olan hərbi analitik Dominik Stross Trinquand, xəbər üçün "Qəbul edilməzdir" deyib.
 
Anadolu Agentliyinin 30 mart 2018-ci ildə Fransız ordusunun Suriyanın şimalındakı PYD/YPG-nin fəal olduğu bölgədə mövcud olan beş hərbi bazada yerləşdiyinə dair qrafikli xəbəri, Parisin etirazına səbəb olub.
FransapPrezidenti Emmanuel Makronun seçki məsləhətçisi olan hərbi analitik Dominik Stross Trinquand, "Eyni düşmənə (İŞİD) qarşı mübarizə aparması lazım olan biri (Türkiyə) tərəfindən belə bir hərəkət edilməsi qəbul edilməzdir" deyib.
 
QOŞUNLARIN YERİNİ GİZLİ SAXLAYIRLAR
 
General Trinquand, bu dəyərləndirməni edib: "YPG-nin digərlərindən daha əvvəl İŞİD-ə qarşı mübarizəyə başladıqlarını xatırladaq, Türkiyə isə bu mübarizəyə olduqca gec qoşulub. Fransa prezidenti Makron, yeni əməliyyatların nəzərdə tutulmadığını, ancaq YPG-yə dəstək verəcəyini dəqiq şəkildə açıqlayıb. Hər nə olursa, olsun, bölgəyə xüsusi qüvvələrin yayılması planlaşdırılır, sözügedən birliklərin yeri və hərəkətləri isə heç zaman açıqlanmır".
Qeyd edək ki, Anadolu Agentliyinin 30 mart 2018-ci il tarixli xəbərində isə Fransız əsgərlərinin Kobani, Miştanur, Sırrin, Xarab Işk kəndindəki Fransız Lafarge sement zavodu və Ayın İsada yerləşdikləri qrafiklə izah edilirdi. Fransız xəbər agentliyi AFP-nin 9 iyun 2016-ci il tarixli, “Fransız Xüsusi Təyinatlı Qüvvələrinin (COS) Suriyanın şimalında xidmət etdiyinə” dair xəbərini xatırladan Anadolu Agentliyi, etibarlı yerli mənbələrdən verilən məlumatlara görə, o tarixdən bəri Fransa Xüsusi Qüvvələrinə mənsub 70-dən çox əsgərin koalisiya gücü adı altında 5 bazaya yerləşdiyini yazıb. Xəbər, Makronun YPG-nin də yer aldığı Suriya Demokratik Qüvvələrə (DSG) məxsus heyəti Yelisey Sarayında qəbul etməsinin və Fransız mətbuatının Makronun Menbiçə əsgər göndərəcəyini yazmasının ertəsi günü dərc olunub.
Müxalifət.az