Əfran İsmayılov “Keşlə”yə keçir? – Açıqlama

Baxış sayı:
5059

Əfran İsmayılov “Keşlə”yə keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Futbolçu “Yeni Sabah”a açıqlamasında bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Ortada hələ heç nə yoxdur. Klubun qərarını gözləyirik. Görək, necə olacaq. Ondan sonra ona uyğun hərəkət edəcəyik. Çünki Ayxan Abbasov prezidentlə görüşməlidir, prezident öz fikirlərini bildirməlidir. Klubun bundan sonrakı taleyi bilinməlidir. Bundan sonra mən də bu qərarlara uyğun hərəkət edəcəm. Qalmaq lazımdırsa, qalacam, getmək lazımdırsa, gedəcəm”.