​Əfqanıstanda terror aktları: 2798 ölü, 5252 yaralı

Baxış sayı:
4579

Bu ilin doqquz ayında Əfqanıstanda 2798 dinc sakin terror aktlarının, silahlı toqquşmaların və hərbi əməliyyatların qurbanı olub. Həmin dövr ərzində daha 5252 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu məlumatlar BMT-nin Əfqanıstana dəstək missiyasının illik hesabatında yer alıb. Hesabatda, həmçinin bildirilir ki, ötən illə müqayisədə zərərçəkənlərin sayı 3 faiz azalıb, həlak olanların sayı isə 5 faiz artıb. Beləliklə, ölənlərin və yaralananların sayı ümumilikdə 8 min nəfəri ötüb.
Məruzədə dinc vətəndaşların ölümünün üç əsas səbəbi göstərilir: əldəqayırma bombaların partladılması və intiharçı-terrorçuların hücumları (45 faiz – 1050 nəfər), yerüstü silahlı toqquşmalar (39 faiz – 605 nəfər), habelə mülki insanların məqsədyönlü şəkildə öldürülməsi (8 faiz – 439 nəfər). Bundan başqa, yüksək ölüm səbəbləri sırasında hökumətyönümlü qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış mərmilər (4 faiz) və qarşıdakı parlament seçkiləri ilə bağlı hücumlar da qeyd olunur.