​Əfqanıstanda terror aktı – 20 ölü

Baxış sayı:
3592

Əfqanıstanın şərqində məscidlərin birində dini ayin zamanı partlayış baş verib.
Muxalifet.az “Ariana” kanalına istinadən xəbər verir ki, baş vermiş terror aktı nəticəsində ən azı 20 nəfər həyatını itirib.
Faciə Paktiya vilayətinin Hardez şəhərindəki baş verib.
Məscidə iki kamikadze terrorçunun hücum çəkdiyi bildirilir.
Hadisədə daha 40 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.