Əfqanıstanda BBC-nin jurnalisti öldürülüb
30-04-2018 22:03
Baxış sayı:
7429
Əfqanıstanda naməlum şəxslər BBC teleradio şirkətinin jurnalisti Əhməd Şahı qətlə yetirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “TOLONews” məlumat yayıb.
İnsident Host bölgəsində baş verib. Məlumata görə, jurnalist evə qayıdan zaman motosikletdə olan silahlı şəxslər ona yaxınlaşaraq atəş açıb.
BBC-nin direktoru Cemi Anqus öz “Twitter” hesabında Şahın ölümü xəbərini təsdiqləyib.
“BBC rəhbərliyi dərin hüzn hissi ilə, Əfqanıstandakı müxbirimiz Əhməd Şahın Host əyalətində törədilmiş silahlı hücum nəticəsində həlak olduğunu təsdiqləyir”, - deyə Anqus bildirib.