Əfqanıstanda 15 polis öldürüldü - "Taliban" silahlıları tərəfindən

Baxış sayı:
3706

Əfqanıstanda radikal "Taliban" hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə report "Sinhua" agentliyinə istinadən məlumat verir.
Hücumlardan biri bu səhər ölkənin şimal-qərbindəki Bəğdis vilayətindəki polis postuna edilib, nəticədə 5 polis öldürülüb. Döyüşlər zamanı bir neçə silahlı məhv edilib.
Daha bir hücum isə dünən gecə Fərah vilayətindəki keçid məntəqəsində edilib. Hücum zamanı 10 polis ölüb, 2-si isə itkin düşüb.