​Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu MƏHV EDİLDİ

Baxış sayı:
4453

ABŞ Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu məhv edib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığından bildiriblər.
Məlumatda deyilir: "ABŞ Əfqanıstanın 3 əyalətinə hava zərbələri endirib. Cauzdan əyalətinə martın 3-ü endirilən hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Kunar və Nanqahar əyalətlərinə martın 4-ü endirilən hava zərbələri nəticəsində isə 2 terrorçu məhv edilib".
Məlumatda qeyd edilir ki, fevral ayı ərzində ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 7 terrorçu məhv edilib.