​“Fövqəlnazir”in adamları hədə-qorxu gəldi – “Biz filik, sən də qarışqa, səni əzəcəyik"”

Əhməd Əhmədzadə ötən həftənin ikincisi oldu

Baxış sayı:
12781

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, ötən həftə - 11-18 fevral 2018-ci ildə elektron mətbuatda ən çox ad hallanan vəzifəli şəxs Kəmaləddin Heydərov olmuşdur. Belə ki, Fövqaladə Hallar nazirinin oğlu Tale Heydərovun sahibi olduğu "LİBRAFF" kitab mağazalar şəbəkəsi “Ali və Nino”nu sıradan çıxarmaq iddiasında olduğu bildirilir. Bununla əlaqədar “Ali və Nino” mağazalarının sahibi nın problemi ilə əlaqədar Nigar Köçərlinin "Mənə dedilər ki, biz filik, sən də qarışqa, səni əzəcəyik" başlıqlı müraciət yazısı ümumilikdə 9 elektron KİV-də işıqlandırılmışdır.
 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Əhməd Əhmədzadənin Zaqataladakı kadrı fəaliyyətində noqsanlar - idarənin avtomobiləri metal əvəzinə satılır”“Əhmədzadənin qalmaqallı idarə rəisi: İlyas Səfərovun korrupsiya xəritəsi və oğlunun gizli qəzası” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri Əhməd Əhmədzadə tutur.
 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “GDU-nun rektoru cinayətkarı komissiya sədri təyin edib” başlıqlı yazının 3 elektron KİV-də yayılması ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov tutur. 
 
Muxalifet.az