Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi İŞDƏN ÇIXDI

Baxış sayı:
12826

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. Muxalifet.az Modern.az-a istinadən xəb ər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb. “Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”. Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.