“Formula 1-in Bakıda keçirilməsini istəməyənlər xalq düşmənidir” — Millət vəkili

Baxış sayı:
14686

"Bakı inkişaf etmiş şəhər olaraq "Formula 1” kimi yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkədə "Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri interpress.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. O bildirib ki, bu yarışlara qarşı olanlar düşmənlərdir: 
"Bəzi adamların "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə fiziki, yaxud əqli cəhətdən zəif ola bilər. Amma bu yarışların Bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır, həm inkişaf etmişdir, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir. Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra nazir olanlardır. Belə adamlardan heç nə gözləmək olmaz. Onların fikirləri  bizə heç lazım da deyil. "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Belə deyək də, səviyyəsizlik. 
Məgər, Azərbaycanın düşmənlərinin hamısı "tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq?
 
Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və "Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin, onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir, müəllim fəaliyyəti ilə məşğulam”. 
Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır: