Forbes açıqladı: Türkiyə ordusu İSRAİLDƏN ÖNDƏDİR

Baxış sayı:
7051

Dünyanın ən güclü ordularının dəyərləndirildiyi Global Firepower, Orta Şərqin ən güclü ordusu kimi Türkiyəni göstərib. Forbes güclü ordu siyahısını ilk səhifəsindən dərc edib.
 
Müharibənin və xaosun hakim olduğu Orta Şərqdə güclü olaraq dayanmaq, sağlam qalmaq bu dövrün ən çətin məsələlərindən biridir. Bu məkan üzərində yerləşən hər ölkədə yaşanan qeyri-sabitlik və daxili müharibələr, region ölkələrini hərbi olrak möhkəmlənməyə sövq edir.
Dünyanın ən güclü ordularını müəyyən edən Global Firepower təşkilatı Orta Şərqin ən güclü ordularını araşdırıb. Siyahının ilk sırasında Türkiyə durur. Dünyanın ən nüfuzlu iqtisadiyyat jurnalı olan “Forbes” güclü ordu siyahısına ilk səhifələrində yer verib.
 
MÖHKƏM BÜDCƏ, NƏHƏNG UĞUR
 
Türkiyənin bu uğuru əlbəttə, sürpriz olmadı. Ancaq bölgədə zəngin Səudiyyə və texnolojisi sirlərlə dolu İsraillilər də olunca, son 15 il ərzində keçirilən addımlar ilə bu nöqtəyə gələn Türkiyə üçün Orta Şərqdə əldə edilən bu uğur olduqca əhəmiyyətli görünür.
Əsgər, sursat sayı ilə büdcə indeksinin qiymətləndirilməsi ilə əldə edilən sıralamada Türkiyə, 80 milyard dollarlıq möhkəm büdcəsi və 356 min nəfərlik qoşunu mühüm ölkələrin də olduğu siyahıda 0.2491 xalla liderliyini təmin edib.
 
QLOBAL REYTİNQDƏ 8-ci
 
Türkiyənin bu uğuru yalnız Orta Şərq ilə məhdud deyil, eyni zamanda dünya siyahısında də etibarlılığını göstərir. Bu il ərzində Qlobal Firepowerın nəşr etdirdiyi "Dünya siyahısı" göstəricilərində 8-ci sırada yer alır.
İlk üç yeri ABŞ, Rusiya və Çinin paylaşdığı ən güclü ordular siyahısında Türkiyə Almaniya da daxil, bir çox ölkənin üstündə yerləşir.
 
İSRAİL TÜRKİYƏNİN ARXASINDA
 
Türkiyənin birinci sırada yer aldığı Orta Şərqin ən güclü orduları siyahısında ikinci sırada Misir yer alarkən, üçüncü sırada İsrail var.
Nəhəng sərmayələrlə, xüsusilə Yəməndə Şiə milislərə qarşı açdığı müharibə ilə gündəmdən düşməyən Səudiyyə Ərəbistanı isə milyardlarla dollarlıq investisiya qoyuluşlarına baxmayaraq, siyahının 5-ci sırasında özünə yer tapıb. Atəş xəttində yerləşən Suriya 7-ci sırada yer alarkən, 10 ölkənin yer aldığı cədvəlin sonundakı ölkə isə BƏƏ olub.
Müxalifət.az