Fələstinlilərdən Türkiyəyə dəstək: Mənfur bir hücum...

Baxış sayı:
2161

Türkiyədəki müxtəlif ali təhsil müəssisələrindən məzun olan fələstinlilərin yaratdığı Türkiyə Məzunları Dərnəyi ABŞ-ın Ankaraya qarşı sanksiyalarını qınayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə dərnəyin mətbuat xidməti yazılı açıqlama yayıb.
“Son günlərdə Türkiyə iqtisadiyyatına qarşı edilən haqsız hücumları qınayırıq. Türk xalqı və iqtisadiyyatının yanındayıq. Türkiyə mənfur bir hücumla qarşı-qarşıyadır. Türkiyə iqtisadiyyatı güclü, sağlam bir iqtisadiyyatdır. Bu mənfur hücumu islam ümmətinin və azad dünyanın yardımı ilə boşa çıxaracaq”, - açıqlamada deyilib.