Fələstinin başına SİONİSTLƏRİN “KUKLASI”NI KEÇİRMƏK PLANI

Baxış sayı:
3784

Fələstinin müqavimətini qırmaq istəyən xəyanətkar Körfəz ölkələrinin dəstəklədiyi keçmiş Fəth üzvü, sionistlərin casusu Məhəmməd Dahlan, son bir həftədə 3 dəfə xəstələnən Mahmud Abbasın kreslosuna göz dikib. Dahlanın məqsədi, Fəth-dəki adamını prezidentliyə gətirərək Fələstinə qayıtmaqdır.
 
Fələstinin dövlət başçısı Mahmud Abbasın son bir həftədə 3 dəfə xəstəxanaya qaldırılması, İsraillə normal münasibətlər qurmaq istəyən xəyanətkar Körfəz ölkələrinin maliyyə və siyasi olaraq dəstəklədiyi keçmiş Fəth Hərəkatı üzvü Məhəmməd Dahlanı hərəkətə gətiriblər. 82 yaşlı Abbasın vəzifədən çəkilmə ehtimalını nəzərə alaraq gözünü prezident kürsüsünə dikən Dahlan, Fəth içərisində yaxın müttəfiqi və Fələstinin sabiq lideri Yasir Ərəfatın qardaşı oğlu Nasser Əl Kidve vasitəsilə hakimiyyəti ələ keçirməyi planlaşdırır.
 
FƏTHDƏ XAOS VAR
 
“Middle East Eye” saytının xəbərinə görə, Abbasın davamlı xəstələnməsi Fələstini idarəetmə qabiliyyətinə təsir etməyə başlayıb. “MEE” saytına danışan Fələstin Qurtuluş Təşkilatından bir mənbə, ABŞ və İsrailin hücumlarına məruz qalan Qərbi Şeria rəhbərliyinin bir müddətdir prezidentlik qoltuğuna Abbasdan sonra oturacaq nəfəri müəyyənləşdirmək üçün məsləhətləşmələrə başladığını deyib. Fələstinin hazırkı liderinin xələfinin müəyyən edilməməsi ucbatından hakimiyyətin çətin vəziyyətdə qaldığını bildirən mənbə, "Fəthin tək bir namizəd üzərində uzlaşması mümkün deyil. Hərəkatın mərkəzi komitəsindəki hər kəs özünü bu vəzifədə görür" deyib.
 
MİSİRİN DƏSTƏKLƏDİYİ NAMİZƏD
 
Mahmud Abbasdan vəzifəni təhvil alacaq təbii bir lider görünməsə də, prezidentlik kürsüsü uğrunda iki şəxs önə çıxır. İlk namizəd Fələstin rəhbərliyinin baş naziri Rami Hamdallahdır. Həmasın Qəzzanı uzlaşma hökuməti dövrü zamanı aparılan danışıqlara rəhbərlik edən Hamdallahın, Fələstin Kəşfiyyatı tərəfindən dəstəkləndiyi bildirilir. Prezidentlik kürsüsü uğrunda adı keçən digər şəxs keçmiş xarici işlər naziri Nasser Əl Kidvədir. Misirin çevrilişçi lideri Sisinin arxasında dayandığı Kidvə, BƏƏ-nin Fələstinin başına keçirmək istədiyi Dahlana yaxın bir şəxsdir. ABŞ-ın  Fələstin-İsrail sülhü üçün BƏƏ və Misirin də dəstəklədiyi layihəyə görə, Kidvə rəhbərliyə gələrək Dahlanın ölkəyə qayıdışını təmin edəcək. Həmas zəiflədilərək müqaviməti qırılandan sonra, BƏƏ-nin Fələstinli kuklası da ABŞ-ın sülh layihəsinə rəhbərlik edəcək.
Müxalifət.az