Fələstini bu sözlərlə SATDILAR...

Baxış sayı:
1061

Səudiyyə Ərəbistanının ABŞ-ın Qüds həmləsinə qarşı gözlənilən reaksiyanı verməməsi bu vəziyyətə səssiz qalmayan Müsəlman ölkələrinin təpkisi ilə üzləşib.
 
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi qəbul olunmasında təsirli olan "İsraillə münasibətləri yaxşılaşdırma siyasəti", Səudiyyə yazarları tərəfindən aşağıdakı ifadələrlə ictimaiyyətə təbliğ olunaraq, legitimləşdirilməyə çalışılıb.
-Həmzə Məhəmməd əl-Səlim (Müəllif və iqtisadi analitik): İsrail ilə sülh olanda, o ölkə Səudiyyə Ərəbistanının ilk turist dayanacağı olacaq.
-Səud əl-Favzan: Yəhudilərin müdafiəçisi deyiləm, amma mənə bir Səudiyyəli adamı öldürmüş tək bir Yəhudi göstərin və mən də sizə öz vətəndaşlarını öldürən minlərlə Səudiyyəli deyim.
-Əbdürrəhman əl-Raşid (Al Ərəbi kanalı keçmiş rəhbəri): Fələstin və İsrail məsələsi ilə məşğul olma konsepsiyasını yenidən düşünməyin tam zamanı gəlib
-Məhəmməd əl-Şeyk: Fələstin məsələsi bizim məsələmiz deyil.


Müxalifət.az