Fələstinə təklif edilən PAYTAXT ŞƏHƏR - Sensasion gəlişmə

Baxış sayı:
2803

Fələstinin dövlət başçısı Mahmud Abbas, Fələstinlilərə gələcək dövlətləri üçün Əbu Des şəhərinin paytaxt olmasının təklif edildiyini deyib.
 
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı çıxışından sonra başlayan paytaxt mübahisələrində Fələstinə paytaxt olması üçün Qüds xaricində fərqli şəhərin təklif edildiyi iddiaları günlərlə danışılmışdı.
 
MAHMUD ABBAS İLK DƏFƏ TƏSDİQLƏDİ
 
Bu iddianı Fələstinin dövlət başçısı Mahmud Abbas da ilk dəfə təsdiqlədi. Gerçək bundan ibarətdir ki, Fələstinlilərə gələcək dövlətləri üçün Əbu Des şəhərinin paytaxt olması təklif edilib.
“Jerusalem Post” qəzetinin Mahmud Abbasa əsaslandırdığı xəbərinə görə, Abbas "Qüds itirilsə, nə etməyi düşünürsünüz, Əbu Disi dövlətinizin paytaxtı etmək istəyirsinizmi"? sualına cavabı belə olub: "Hazırda bizə təklif etdikləri budur, Əbu Dis şəhəri".
 
KİMİN PLANI OLDUĞU BƏLLİ DEYİL, AMMA..
 
Abbas, bu təklifin kimin planı olduğuna dair isə açıqlama verməyib. Bir çox Fələstinli və Livanlı rəhbərliyinin isə Amerikanın gələcək Fələstin dövləti üçün planlarında "Əbu Dis" in paytaxt olaraq adının keçdiyini bildirdikləri qeyd olunub.
 Qüdsün ətəklərində bir qəsəbə olan Əbu Dis, Fələstinin ən böyük universitetlərindən El-Kuds Universitetinə ev sahibliyi etməsilə tanınır.
 
BİR ƏRƏB ÖLKƏSİ PUL TƏKLİF EDİB
 
 Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstin Mərkəzi Şurasının təşkil etdiyi toplantıda çıxış edən Mahmud Abbas, Ərəb ölkələrinin Fələstin problemi həll olunmadan İsrail ilə münasibətlərin normallaşmasına getməyəcəklərini, Ərəb ölkələrinin birinin rəhbərliyindən özünə Fələstin probleminin həllindən əvvəl İsrail ilə münasibətlərin normallaşmasını qəbul etməsi qarşılığında pul təklif etdiyini deyib. Ancaq bu ölkənin adını Mahmud Abbas çəkməyib.
Abbas çıxışında digər açıqlamalar da edib:
 
İSRAİL OSLO PROSESİNİ BİTİRİB
 
“İsrail Oslo anlaşmasını bitirib. Buna görə də yenidən nəzərdən keçirilməsi üçün masaya fərqli plan qoyulmalıdır. Paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri çərçivəsində müstəqil bir Fələstin dövlətinin yaradılması ilə iki dövlətli həll tələblərinin tərəfdarıyıq.
Fələstin rəhbərliyi ABŞ-ın vetosuna baxmayaraq, Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlük üçün BMT Təhlükəsizlik Şurasına (BMT TŞ )müraciət edəcək".
ABŞ-ın sülh danışıqlarında vasitəçiliyini və Fələstin-İsrail sülh prosesində əsas olması üçün hazırladığı və əsrin müqaviləsi adlandırdığı planı qəbul etmədiklərini vurğulayan Abbas, "Biz, işimizlə bağlı olan heç bir məsələdə, heç kimdən göstəriş almırıq" deyə söyləyib:
"Qüds şəhəri, Fələstinin dini və siyasi paytaxtıdır. Fələstin rəhbərliyi, Qüdsü yalnız Fələstinin paytaxtı olaraq qəbul edir.

Müxalifət.az