Fələstin dövlətini rəsmən tanıdı

Baxış sayı:
6181

Fələstin xarici işlər nazirinin köməkçisi Teysir Ceradat, Kolumbiyanın Fələstin dövlətini tanıdığını açıqlayıb.
 
Ceradat, keçmiş Kolumbiya prezidenti Xuan Manuel Santosun vəzifə müddətini tamamlamamışdan əvvəl Fələstin xarici işlər naziri Riyad el-Malikiyə verdiyi məktubda "Fələstin dövlətini tanıma qərarını" açıqladığını söyləyib.
Ceradat, Malikinin Santosla bir araya gəldiyini və tanıma qərarının ona şəxsən təbliğ edildiyini bildirib.
Kolumbiyanın aldığı qərarı təqdir edən Ceradat, bunun Fələstin diplomatiyasının nəticəsi olduğunu vurğulayıb.
Müxalifət.az