Film kimi cinayət! Özünü öldürməsi üçün muzdlu qatil tutub

Baxış sayı:
6715

 İstanbulun Qartal bölgəsində bir ibtidai məktəbdə müəllimlik edən İlkay Sivaslını öldürən şəxs polis tərəfindən tutulub. Cinayət araşdırılarkən filmi xatırladacaq çox maraqlı detallar ortaya çıxıb.
 
Müəlliməlik edən İlkay Sivas (41) 10 il birlikdə olduğu bir insanla ayrıldıqdan sonra depressiyaya girərək özünü öldürməsi üçün bir muzdlu qatil tutduğu, ancaq muzdlu qatilin tanış olduqdan sonra qadına aşiq olduğu və 24 gün ərzində onu öldürə bilmədiyi qeyd edilib. Muzdlu qatil Tanju D.-nin (45) daha sonra qadının israrlarından sonra 6 min lirə qarşılığında əvvəl qadını boğaraq öldürməyə çalışdığı, bacarmadığını görüncə, tapançayla vurduğu müəyyənləşdirilib. Muzdlu qatil Tanju D.-nin İlkay Sivaslıyla aralarında keçən və gənc qadının onu öldürməsi üçün yalvardığı bütün danışıqları cib telefonuna qeyd etdiyi öyrənilib.
 
Qatil bir gün sonra tutulub
 
21 aprel 2019 tarixində meydana gələn hadisədə ibtidai sinif müəllimi İlkay Sivaslı tapança ilə vurularaq öldürülmüşdü. Hadisədən sonra hərəkətə keçən Cinayət Büro əməkdaşlarının təşkil etdiyi əməliyyatda şübhəli Tanju D. 22 aprel 2019-cu ildə Adanada tutularaq nəzarətə alınıb. Asayiş Şöbə İdarəsinə gətirilən şübhəlinin ifadəsi və polis araşdırmaları nəticəsində cinayətin arxasından film ssenarisi kimi bir hekayə çıxıb və hər kəs şok olub.
Müxalifət.az