FHN-dən "Sədərək"dəki yanğınla bağlı - Açıqlama

Baxış sayı:
3487

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov saytımıza bildirib ki, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə diaqnozu ilə Taksikologiyaya yerləşdirilib.

***

“Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.