Feyza Aktan Özcan Dənizdən 15 milyon aliment istədi
22-06-2019 10:03
Baxış sayı:
3598
Özcan Dənizlə Feyza Aktan 15 aylıq evlilik həyatından sonra boşanır. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, Aktanın Özcandan 15 ay üçün 15 milyon lirə (4.5 milyon manat) aliment istədiyi məlum olub. Aparıcı Bilal Özcan bu barədə deyib: "Mənə verilən məlumata görə, vəkillər vasitəsilə görüş keçirilib. Feyza "Bu təzminatı ödə, uşağın xərclərini sən çək, boşanaq" deyib. Özcan isə bunu qəbul etməyib və "Təzminatı ödəməyəcəm, ayda 25 min lirə (7 min manata yaxın) aliment ödəyərəm", - deyib.