​"Feysbuk"dan KÜTLƏVİ İMTİNA: Reklamverənlər də aksiyaya qoşuldu

Baxış sayı:
2734

İstifadəçiləri tərəfindən boykot edilən "feysbuk"a daha bir zərbə reklamverənlərdən gəldi.
Muxalifət.az xəbər verir ki, Mozilladan sonra alman şirkəti Commerzbank da etibarlılığının sarsılması əsası ilə “feysbuk"u sil” kampaniyasına qoşulub və "feysbuk"a reklam verməmək qərarını verib. Buna səbəb isə milyonlarla istifadəçinin şəxsi məlumatının yayılmasıdır.
Commerzbank şirkətinin rəsmisi Uve Hellmann marka və məlumat təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq belə bir addım atdıqlarını deyib. O həmçinin bu müddətin daimi olmadığını, yenidən feysbuka reklam vermək üçün şirkətin yayılan məlumatları ilə bağlı araşdırmanın yekunlaşmasını gözləyəcəklərini bildirib.
Qeyd edək ki, ay ərzində aktiv istifadəçilərinin sayı 2.1 milyardı keçən "feysbuk"un keçən il gəlirləri 46 faiz artaraq 40.6 milyard dollar çatıb. Bu gəlirin 40 milyard dollarını reklamlardan əldə edir. Dünyada ən çox feysbuk istifadəçisi 250 milyon nəfərlə Hindistandadır. Ötən il "feysbuk" dünya miqyasında hər bir istifadəçisinə görə 6.18 dollar qazanıb. Bu rəqəm Avropa miqyasında 8.86 dollar, ABŞ və Kanadada isə 26.76 dollar olub./publika.az/