Feysbuk yeni proqramın sınaqlarına başladı

Feysbuk şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb.
 
 “ICTnews” xəbər verir ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, Snapçat üslubunda üzlərini maskalaya, eləcə də İnstaqram, Feysbuk və Messencer vasitəsilə ekrandan çəkilən şəkilləri (skrenşot) mübadilə edə bilərlər.
Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın “iOS” platformalı qurğu istifadəçiləri yararlana bilərlər. Feysbuk nümayəndələrinin sözlərinə görə, “Bonfire” hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.
Əlavə Feysbuk Messencer istifadəçiləri ilə əlaqə qurmağa imkan verir. Bundan başqa, dəvət olunmuş həmsöhbətlər video ünsiyyətə proqramı quraşdırmadan qoşula bilərlər.