“FETÖ-nün “Qatil qrupu” SENSASİYALI SUİ-QƏSDLƏR TÖRƏDƏCƏK”

Baxış sayı:
3920

Qondarma “Ərgənəkon” və “Balyoz” işlərində 4 il 10 ay həbsxanada qaldıqdan sonra bəraət alan FETÖ qurbanlarından biri, keçmiş Hava Qüvvələri Komandanlığı üzrə hərbi prokuror olan polkovnik Əhməd Zəki Üçok FETÖ-nün “sui-qəsd qrupu” yaratdığı iddiası ilə çıxış edib.
 
Polkovnik Üçok, FETÖ-nün “qatil qrupunun” sensasiyalı sui-qəsdlər törədəcəklərini deyib.
FETÖ-nün “sui-qəsd qrupu”nun Makedoniya və Kosovoda təlim gördüklərini deyən Üçok, siyasət adamlarına, mühüm qeyri-hökumət təşkilatı nümayəndələrinə, din xadimlərinə, idman rəhbərlərinə, sənətkarlara qarşı sui-qəsdlər törədiləcəyini iddia edib.
Üçok sui-qəsd hadisələrinin qarşıdakı bir neçə ay ərzində törədiləcəyini də bildirib.
Müxalifət.az