FETÖ-nun məktəbində rəzalət!

Baxış sayı:
12739

 Fətullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-dakı müqaviləli məktəblərindən "Paterson Sənət və Elm Müqaviləli Məktəbin" direktoruna "cinsi təcavüz" ittihamı ilə cinayət işi açılıb.
 
ABŞ-da barələrində müxtəlif korrupsiya iddiaları səbəbindən Federal İstintaq Bürosunun (FTB) radarına girən FETÖ-nun müqaviləli məktəbləri bu dəfə də cinsi təcavüz iddiası ilə gündəmə gəlib.
“Paterson Times”-ın Nyu Cersi Ali Məhkəməsinin sənədlərinə əsaslandırdığı xəbərinə görə, Nyu Cersi ştatının Paterson şəhərindəki FETÖ məktəbində məsləhətçi olaraq çalışan J.R, məktəb direktoru Danni Necimo-nun ona dəfələrlə cinsi təcavüzdə olduğunu qeyd edərək məhkəmə iddiası ilə çıxış edib.
İddia sənədlərində, Necimo-nun 2015- 2017-ci illərdə məktəbdə çalışan J.R-ya 2017-nin fevral ayı və sonrakı zamanlarda sözlü və fiziki təcavüzdə olduğu qeyd edilib.
J.R-ın 2017-nin avqustunda  bu haqda Patersondaki məktəbin tərəfdaşı olan məktəbin insan hüquqları bölməsində çalışan Gültan Bergall və Lori Cobb adlı iki nəfərə söylədiyi bildirilib.
Müxalifət.az