FETÖ kilsədə pul yığır

Baxış sayı:
6136

FETÖ müsəlmanların dini duyğularını istifadə edərək Almaniyada kilsələrdə eyni taktika tətbiq etməyə başlayıb. Marienkirçə kilsəsində FETO terrorçuları Berlin Evi layihələri üçün pul toplayır.
 
Türkiyədə illər boyu Müsəlmanları istismar edən FETÖ gerçək üzü ortaya çıxınca indi də xariciləri aldatmağa başlayıb. Berlindəki Marienkirçə kilsəsində FETO terrorçularının “Berlin evi” layihəsi üçün "Sülh üçün ianə verin" şüarı altında pul yığdıqları öyrənilib.
 
40 MİLYON AVROLUQ LAYİHƏ
 
Almaniyanın dini işləri FETO-çuların nəzarətinə verməyi planlaşdlrdığı bildirilir. FETÖ hazırda “Berlin evi” adı altında bir məscid planı üzərində işlədiyi qeyd olunur. Layihə müsəlmanlar, yəhudilər və xristianlarların görüşərək ibadət edə biləcəyi bir yer olacaq. “Berlin evi” 40 milyon avroluq bir layihədir.
Müxalifət.az