Ferri: İtaliya məhsulları yüksək təbəqə üçündür

Baxış sayı:
31738

Azərbaycanda olan İtaliya brendlərinin qiymətinin baha olması, məhsulların yuxarı təbəqə üçün nəzərdə tutulmasından irəli gəlir.
Muxalifet.az xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin direktoru Mauritsio Ferri deyib. O, Azərbaycanda İtaliya brendinə məxsus məhsulların orta təbəqə üçün əlçatan olmamasından narahat olduğunu dilə gətirib:
 “İtaliya səfirliyi öz məhsullarını Azərbaycanda daha geniş şəkildə tanıtmaq məqsədilə hər il festivallar keçirir. Bu artıq İtaliya səfirliyi tərəfindən təşkil edilən 3-cü sərgidir. Onu qeyd etməliyəm ki, Azərbaycana gətirilən İtaliya brendləri yüksək təbəqə üçün nəzərdə tutulduğundan, qiymətləri bahadır. Məhz bu cəhətdən sizin ölkənizdə italiyan markaları, xüsusilə geyim məhsulları hər kəs üçün əlçatan deyil. Təkcə mebel, zərgərlik məmulatlarının istehsalı ilə məşğul olan şirkətlər orta təbəqə üçün məhsullar istehsal edirlər. İtaliyada bu məqam müşahidə edilmir. Çünki, orda bütün təbəqələr üçün məhsullar istehsal edilir”.