​Fermerlerin NƏZƏRİNƏ: Bu gündən yeni qaydalarla SATIŞ BAŞLADI

Baxış sayı:
8302

Bu gündən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılır.
Kənd Təsərrüfatı Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.
Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.
Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.