Fermada çobanlar bıçaq davasına çıxdılar - Bərdədə

Baxış sayı:
2278

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 3-də səhər saat 10 radələrində Bərdə rayon Türkmən kəndi ərazisindən Seymur Bayramov bıçaqlanıb.
Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirildiyi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Yaralı əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.
Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat-axtarış qrupu yaradılıb.
“İsti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər rayon sakini Fərid Əzizov saxlanılıb.

Fərid Əzizov hadisəni Türkmən kəndində birlikdə işlədikləri fermada münaqişə zəminində törtədiyini etiraf edib.
Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.