Feministlər Azadlıq meydanında aksiya keçirdilər

Baxış sayı:
964

Aksiyanın şüarı: "Qadın qətlləri siyasidir”

Fevralın 4-də feministlər Azadlıq Meydanında "Qadın qətlləri siyasidir” şüarıyla aksiya keçiriblər.

Aksiyanın tələbləri barədə jurnalistlərə danışan Nərmin Şahmarzadə Meydan TV-yə bildirib ki, Azərbaycanda qadınların hüquqları bütün sferalarda tapdalanır: "Biz qadınlara diqqətli yanaşmağı, onların həyatıyla oynamamağı, onlar üçün zəruri olan addımların atılmasını tələb edirik. Tələblərimiz İstanbul Konvensiyası da daxil olmaqla, qadın hüquqlarına əsaslanır. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud vəziyyətlə bağlı heç bir ciddi iş görmür, hesabatları yoxdur”.

Hadisə yerinə polsilər gəlib, onlar bir neçə dəqiqə prosesi müşahidə edəndən sonra plakatları feministlərdən alıblar. Xanımlar hadisə yerindən getsələr də, polislər onları müşahidə edib. Hadisə yerinə polsilər gəlib, onlar bir neçə dəqiqə prosesi müşahidə edəndən sonra plakatları feministlərdən alıblar. Aksiyaçılar hadisə yerindən getsələr də, polislər onları müşaiyət edib.