FELŞTİNSKİ: Putin dünyaya sübut etmək istəyir ki...

Baxış sayı:
2489

Rusiya Prezidenti Vladimir Putin öz ölkəsi və digər dövlətlərə göstərmək istəyir ki, seçkilər asanlıqla manipulyasiya edilə bilən prosesdir.
Muxalifət.az xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı politoloq Yuri Felştinski söyləyib.
“Bunu təsdiqləməkdən ötrü növbəti seçkidə Kseniya Sobçakın da namizədliyinə izn verdilər. Rusiya Prezidenti Vladimir Putin öz ölkəsi və digər dövlətlərə göstərmək istəyir ki, seçkilər asanlıqla manipulyasiya edilə bilən prosesdir. Moskva həm də demək istəyir ki, istənilən demokratik ölkədəki seçkiləri qarışdırmaq gücünə sahibdir”, – deyə o bildirib.