​Fədayə Laçın və polkovnik azadlığa çıxmaq istəyir - yalnız 20 il cəza alan Əli Ağami...

Baxış sayı:
10603

Müğənni Fədayə Laçın və digərləri aldıqları cəzadan narazı qalaraq apellyasiya məhkəməsinə müraciət ediblər.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Məhkəmə prosesi də təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məlum olub ki, yalnız Əli Ağami apellyasiya şikayəti verməyib.
Məhkəmədə vəkillər apellyasiya şikayətini qismən istintaq yolu ilə aparılmasını istəyiblər və məhkəməyə bununla bağlı şikayət veriblər.
Tərlan Zeynalovun vəkili Eynulla Vəliyev müvəkkili barəsində cinayət işinə xitam verilməsini və dərhal azadlığa buraxılmasını tələb edib.
Hakimlər kollegiyası müşavirədən sonra vəsatətləri təmin etmədiyini açıqlayıb. Məhkəmə baxışı martın 11-nə təyin edilib.
Xatırladaq ki, müğənni Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovla birlikdə hakim qarşısına çıxarılıb.
Onlar xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs ediliblər.
Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum ediliblər.
"Qocanın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.
B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.